Azərbaycan və Portuqaliya milli komandaları arasında keçiriləcək 2022-ci il dünya çempionatının seçmə oyunu üçün hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, A qrupunun qarşılaşması İtaliyadan olan hakimlər briqadasına tapşırılıb.
DÇ-2022 Seçmə mərhələ A qrupu
7 sentyabr 20:00. Azərbaycan - Portuqaliya Baş hakim: Marko Quida (İtaliya) Baş hakimin köməkçiləri: Filippo Meli (İtaliya), Alessandro Kostanzo (İtaliya). Dördüncü hakim: Fabio Mareska (İtaliya) VAR hakimləri: Marko Di Bello, Çiro Karbone (İtaliya) Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan) FIFA nümayəndəsi: Milovan Cukanoviç (Monteneqro)
Qeyd edək ki, görüş Bakı Olimpiya Stadionunda keçiriləcək.