Azərbaycan Paris-2024-ü 7 medalla bitirdi

Azərbaycan Paris-2024-ü 7 medalla bitirdi

Azərbaycan idmançıları Paris-2024 Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurublar.

Fanat.Az xəbər verir ki, 48 idmançıdan 7-si medal qazanıb.

Azərbaycan idmançıları əldə edilən mükafatlardan sonuncusunu bu gün aktivinə yazdırıb.

Sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Murazi Mçelidze ilə üz-üzə gəlib və 10:0 hesablı qələbəyə sevinib. Bununla da idmançımız üçüncü bürünc medalı Azərbaycana qazandırıb.

Ümumilikdə 7 medal qazanan idmançıların siyahısı:

Cüdo: Hidayət Heydərov (73 kq) - qızıl Zelim Kotsoyev (100 kq) - qızıl

Boks: Alfonso Dominges (92 kq) - gümüş

Taekvondo: Qaşım Maqomedov (58 kq) - gümüş

Yunan-Roma güləşi: Həsrət Cəfərov (67 kq) - bürünc

Sərbəst güləş: Giorgi Meşvildişvili (125 kq) - bürünc

Maqomedxan Maqomedov (97 kq) - bürünc

Medal qazana bilməyənlər:

Badminton

Edi Reski Dviçayo (kişilər, fərdi), Keişa Fatimə Zəhra (qadınlar, fərdi)

Bədii gimnastika Zöhrə Ağamirova

Qrup hərəkətləri komandası (Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokina)

Batut gimnastikası Selcan Maqsudova

Sərbəst güləş Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq)

Yunan-Roma güləşi Murad Məmmədov (60 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq), Sabah Şəriəti (130 kq)

Qadın güləşi Mariya Stadnik (50 kq)

Atletika Anna Skidan, çəkicatma

Boks Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq) Məhəmməd Abdullayev (+92 kq)

Atıcılıq Ruslan Lunyov (10 m, pnevmatik tapança)

Basketbol Qadın yığması, 3x3 növü

Avarçəkmə Diana Dımçenko, (2000 m, akademik avarçəkmə)

Triatlon Rostislav Pevtsov

Qılıncoynatma Anna Başta, (sablya)

Kamandan oxatma Yaylagül Ramazanova

Üzgüçülük Məryəm Şeyxəlizadəxangah, Ramil Vəlizadə

Cüdo Balabəy Ağayev (kişilər, 60 kq), Yaşar Nəcəfov (kişilər, 66 kq), Zelim Tçkayev (kişilər, 81 kq), Elcan Hacıyev (kişilər, 90 kq), Uşanqi Kokauri (kişilər, +100 kq), Leyla Əliyeva (qadınlar, 48 kq), Gültac Məmmədəliyeva (qadınlar, 52 kq)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər