Azərbaycan millisindən AÇ öncəsi daha 3 sınaq matçı

Azərbaycan millisindən AÇ öncəsi daha 3 sınaq matçı

Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyunu keçirib.

Fanat.Az xəbər verir ki, komandamız ilk yoxlama matçında Kamerun yığması ilə qarşılaşıb və oyun 2:2 hesabı ilə yekunlaşıb. 

Qızlarımız növbəti iki yoxlama oyununu isə yerli yığmaya qarşı keçiriblər. Qarşılaşmaların birində Sloveniya yığması 3:1 hesabı ilə qalib gəlib. Növbəti qarşılaşma isə komandamızın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, millimiz Sloveniyada daha bir yoxlama görüşü keçirəcək və rəqib Macarıstan yığması olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər