Azərbaycan Kuboku: 1/8 final oyunlarının vaxtı bilindi

Azərbaycan Kuboku: 1/8 final oyunlarının vaxtı bilindi

Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib. 

Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, bir qarşılaşmadan ibarət mərhələnin görüşləri 18, 19, 20, 21 dekabr tarixlərində keçiriləcək.

Daha öncə Xankəndidə baş tutacağı barədə məlumat yayılan “Qarabağ” - MOİK oyununun məkanı indilik açıqlanmayıb. 

Azərbaycan Kuboku, 1/8 final 18 dekabr (bazar ertəsi)

14:00. "Kəpəz" - "Sabah" Tovuz şəhər stadionu

17:00. "Sumqayıt" - "Karvan" "Kapital Bank Arena"

19 dekabr (çərşənbə axşamı)

13:00. "İrəvan" - "Araz-Naxçıvan" "ASK Arena"

16:00. "İmişli" - "Qəbələ" Qəbələ şəhər stadionu

20 dekabr (çərşənbə)

14:00. "Səbail" - "Şamaxı" "ASCO Arena"

17:00. "Zirə" - "Turan Tovuz" Zirə İdman Kompleksinin stadionu

21 dekabr (cümə axşamı)

14:00. “Qarabağ” – MOİK

18:00. “Neftçi” – “Qaradağ Lökbatan” "Neftçi Arena"

Qeyd: “İmişli” – “Qəbələ” oyununun keçiriləcəyi stadionun müəyyənləşdirilməsi ilə bağlı Əsasnamə proseduruna uyğun olaraq “İmişli” klubuna məlumat verilib və yekunda matçın Qəbələ şəhər stadionunda oynanılması qərara alınıb.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər