Azərbaycan klubunun basketbolçusu narkotik satdığı üçün həbs olundu

Azərbaycan klubunun basketbolçusu narkotik satdığı üçün həbs olundu
Azərbaycanın "Sərkərdə" klubunun basketbolçusu Nikolae Kojuhari İrlandiyanın Offali şəhərində saxlanılıb. 
Fanat.Az "offalyexpress" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı oyunçu 100 min avroluq narkotik bitki olan kannabis satmaqda və yetişdirməkdə ittiham olunur. 
Onunla birlikdə daha iki nəfər tutulub. 
Kojuharinin girov qarşılığında azadlığa buraxılması barədə vəkili tərəfindən qaldırılan iddia təmin edilməyib. Hər 3 şəxs mayın 13-də məhkəmənin hökmü ilə həbs olunub. Növbəti məhkəmə prosesi mayın 20-də olacaq.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər