Azərbaycan klubunun 4 futbolçusu koronavirusa yoluxdu

Azərbaycan klubunun 4 futbolçusu koronavirusa yoluxdu
Təbriz təmsilçisi "Traktor"un baş məşqçisi Sakit İlhami komandanın futbolçularının koronavirusa yoluxduğunu bildirib.
 
Fanat.Az xəbər verir ki, o, 4 futbolçunun testinin müsbət nəticələndiyini söyləyib:
"Sağlamlıq və gigiyena qaydalarına əməl etsək də, 4 futbolçumuzun koronavirus analizi müsbət çıxdı. Komandanın məşqləri bütün futbolçuların test nəticələri açıqlanana qədər keçirilməyəcək”.
Bundan öncə İran Futbol liqasının "Sepahan"nın 2, "Saypa"nın 1 və "Golgohər Sircan"ın 6 futbolçusunda yoluxma aşkarlanmışdı.
İranın ən məşhur idman xəbər portalı "Varzesh3" liqanın tez bir zamanda başlamasını dəstəkləyən "Perspolis"in heyətində 2 nəfərin koronavirusa yoluxduğunu yazıb.
Koronavirusa yoluxan futbolçuların sayının artması İran Futbol Federasiyasını qərarlarını bir daha nəzərdən keçirməsini şərtləndirib. İranın idman üzrə koronavirus komitəsi sabah duruma aydınlıq gətirmək üçün iclas keçirəcək.
Səhiyyə nazirinin müavini İrəc Hərirçi mayın 12-də pandemiya üzündən dayandırılan İran liqasının oyunlarının mayın sonundan başlayacağını demişdi.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər