Azərbaycan klubunda "zəlzələ" - Baş məşqçi və futbolçular qovuldu

Azərbaycan klubunda "zəlzələ" - Baş məşqçi və futbolçular qovuldu
Qusarı Həvəskarlar Liqasında təmsil edən "Şahdağ"da kütləvi ayrılıqlar yaşanır.
Sport7.az-ın redaksiyasına etibarlı mənbədən daxil olan məlumatda bildirilir ki, sponsorlar baş məşqçi Kamran Əlibabayevi yola salıb. Onunla yanaşı bütün futbolçular "Şahdağ"dan göndərilib. 
Rəhbərlik qarşıya qoyulan hədəflərin yerinə yetirilmədiyini qərarın səbəbi kimi göstərib. Yola salınanların hər birinə müqavilədə nəzərdə tutulan maaşlar ödənilib. Artıq gələn mövsüm üçün planlar cızılır və yeni komanda qurulmasına hazırlıq görülür.
Gələn mövsüm "Şahdağ Qusar" daha iddialı çıxış etməyi planlaşdırır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər