Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin növbəti iclası keçirildi

Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin növbəti iclası keçirildi

Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.

Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda 2024-cü ilin vahid təqvim planında keçirilməsi nəzərdə tutulan yarışların təşkili müzakirə olunub.

Həmçinin struktur qurumların - federasiyaların fəaliyyətinin yüksəldilməsi, vahid diplom, sertifikat layihələrinin təsdiqi, dan kəmər, dərəcə imtahanlarının tələb olunan qaydalarda keçirilməsi, məşqçi-müəllim heyətinin sertifikatlaşdırılmasının davam etdirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Sonda müzakirələrin nəticəsinə uyğun müvafiq qərarlar qəbul edilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər