Azərbaycan jurnalistləri Odessada turnirə qatılacaq

Azərbaycan jurnalistləri Odessada turnirə qatılacaq
Azərbaycanın jurnalistlərdən ibarət "Universal” komandası "Odessa İnternational Media Cup-2019” turnirində iştirak edəcək. 
Fanat.Az xəbər verir ki, turnir Ukraynın Odessa şəhərində, aprelin 20-21-i tarixlərində baş tutacaq. Oyunlar 8X8 formatında, dairəvi sistemlə keçiriləcək. Turnirdə Azərbaycan və Ukrayna komandaları ilə yanaşı Almaniya, Gürcüstan, Moldova, Latviya və s. ölkələrin jurnalistləri yarışacaqlar. 
Azərbaycan komandasının heyətində Elnur Əşrəfoğlu, Gündüz Abbaszadə, Şəmsəddin Abbasov, Erkin İbrahimov, İlkin Xəlilov, Teymur Maksutov kimi tanınmış jurnalistlər yer alıb. 
Xatırladaq ki, Azərbaycan jurnalist komandası 2014-cü ildə Moldovanın paytaxtı Kişinyovda keçirilmiş Avropa çempionatında 2-ci olmuşdu. Jurnalistlərin Odessaya səfəri "Universal” şirkətinin sponsorluğu ilə baş tutacaq. Fürsətdən istifadə edib, şirkətin baş direktoru Cavid İsmayılovu doğum günü münasibəti ilə təbrik edir ona gələcək karyerasında uğurlar arzulayırıq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər