Azərbaycan - İngiltərə oyununun stadionu müəyyənləşdi

Azərbaycan - İngiltərə oyununun stadionu müəyyənləşdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların stadionu müəyyənləşib.

Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmanın martdakı qarşılaşmaları "Azərsun Arena"da baş tutacaq.

U-21 martın 22-də İngiltərə, 26-da isə Ukrayna ilə üz-üzə gələcək.

Matçların saatı hələlik bəlli deyil.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər