Azərbaycan idmançılarının yeni reytinq cədvəli bəlli oldu

Azərbaycan idmançılarının yeni reytinq cədvəli bəlli oldu

Gənclər və İdman Nazirliyi olimpiya növləri üzrə milli komandaların idmançılarının 2023-cü ilin yanvarın 1-nə olan reytinq cədvəlini açıqlayıb.

Fanat.Az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandası 685 xalla siyahıya başçılıq edir.

Bədii gimnast Zöhrə Ağamirova 640 xalla ikinci, idman gimnastı İvan Tixonov isə 390 xalla üçüncü pillədə yer alıb.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyənləşdirdiyi qaydalara uyğun aparılır.

Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun xallar hesablanır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər