Azərbaycan güləşçisi Rusiyadakı turnirdə qızıl medal qazandı

Azərbaycan güləşçisi Rusiyadakı turnirdə qızıl medal qazandı

Azərbaycanın sərbəst güləşçisi Ali Tsokayev (86 kq) Rusiyanın Yakutsk şəhərində keçirilən turnirdə qızıl medal qazanıb.

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Cəbrayıl Hacıyev (79) bu yarışda üçüncü yeri tutub.

Tarko-Sale şəhərində isə yunan-Roma güləşi üzrə turnir baş tutub. Burada Fərid Sadıxlı (55 kq), Nihad Quluzadə (60 kq) və Məhəmməd Əhmədiyev (97 kq) bürünc medala sahib çıxıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər