Azərbaycan güləşçiləri Türkiyədən 4 medalla qayıdırlar

Azərbaycan güləşçiləri Türkiyədən 4 medalla qayıdırlar

Fanat.Az xəbər verir ki, ənənəvi yarışda ölkəmizi yunan-Roma və sərbəst güləş üzrə milli komandaların üzvləri təmsil edib.

Yunan-Roma güləşində Ziya Babaşov (63 kq) gümüş, Tural Mehtiyev (55 kq) isə bürünc medal qazanıb. Sərbəst güləşdə Musa Ağayev (65 kq) gümüş, Ramiz Həsənov (79 kq) isə bürünc medal əldə edib.

25 ölkədən 600-dən artıq güləşçinin qatıldığı turnirdə beynəlxalq dərəcəli hakimlərimiz Əli Babayev və Elgün Məmmədov ədaləti qoruyub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər