Azərbaycan gimnastları Xorvatiyada 2 medal qazandı

Azərbaycan gimnastları Xorvatiyada 2 medal qazandı

Xorvatiyanın Osiyek şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid Dünya Kuboku yarışı keçirilib.

Fanat.Az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, yarışda Azərbaycanı kişilərdən ibarət yığmanın üzvləri İvan Tixonov, Nikita Simonov və Mənsum Səfərov təmsil ediblər.

İdmançılarımızdan İvan Tixonov paralel qollarda bürünc medala layiq görülüb. Komandamızın digər üzvü Nikita Simonov isə halqa ilə hərəkətlərdə fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər