Azərbaycan futbolçuları Madriddə ÇL-in finalını izləyəcək

Azərbaycan futbolçuları Madriddə ÇL-in finalını izləyəcək
"Sabah” Futbol Klubu bu il 7-ci dəfə təşkil ediləcək "Dostluq üçün futbol” (Football for Friendship) sosial layihəsinin iştirakçısı olacaq.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İspaniyanın paytaxtı Madriddə baş tutacaq idman turnirə paytaxt təmsilçisinin üzvləri də qatılacaq.
Qeyd edək ki, 2013-cü ildən təşkil edilən turnir mayın 28-dən iyunun 2-dək davam edəcək. Yarışda bir çox ölkədən gələn 12 yaşadək uşaqlar müxtəlif komandalara bölünürlər. Qalib qrup və pley-off oyunlarından sonra müəyyənləşir. Turnirin builki iştirakçıları iyunun 1-də Çempionlar Liqasının "Vanda Metropolitano” stadionunda baş tutacaq final görüşünə canlı baxmaq imkanı qazanacaqlar. "Sabah"ın "Dostluq üçün futbol” sosial layihəsində kimlərlə təmsil olunacağı qarşıdakı günlərdə bəlli olacaq. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər