Azərbaycan - Ermənistan qarşılaşmasının vaxtı açıqlandı

Azərbaycan - Ermənistan qarşılaşmasının vaxtı açıqlandı
Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin iştirak edəcəyi kiçik dövlətlərin Avropa çempionatının yeni tarixi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytı məlumat yayıb. Bildirilib ki, yarış 28 iyun - 3 iyul 2021-ci tarixlərində keçiriləcək.
Qeyd edək ki, yarışda iştirak edəcək Azərbaycan millisi B qrupunda Ermənistan, İrlandiya və Andorra yığmaları da mübarizə aparacaq. Avropa çempionatının bu il iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçirilməsi nəzərdə tutulmuşdu.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər