Azərbaycan cüdoçusu Açıq Okeaniya turnirində bürünc medal qazandı

Azərbaycan cüdoçusu Açıq Okeaniya turnirində bürünc medal qazandı

10 noyabrda Avstraliyanın Pert şəhərində keçirilən cüdo üzrə Açıq Okeaniya turnirinin ilk günündə Azərbaycan cüdoçuları 1 bürünc medal qazanıblar.

Fanat.Az xəbər verir ki, yarışın ilk günündə qadınlar və kişilər arasında 4 çəki dərəcəsində 6 cüdoçumuz medallar uğrunda mübarizə aparıblar.

Qadınlar arasında -52 kq çəki dərəcəsində Aydan Vəliyeva yarışın bürünc medalını qazanıb. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Gültac Məmmədəliyeva 5-ci yerə çıxıb. -57 kq çəkidə Fidan Əlizadə yarışı 7-ci yerdə tamamlayıb.

Kişilər arasında -73 kq çəkidə Nurlan Osmanov 7-ci yerdə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər