Azərbaycanın qadınlardan və kişilərdən ibarət milli komandalarının noyabrın 3-5-də keçiriləcək böyüklər arasında Avropa çempionatına hazırlıqları başa çatıb.
Fanat.Az xəbər verir ki, Fransanın Monpelye şəhərində reallaşacaq yarışda yığma qadınlar və kişilər arasında 9 çəki dərəsində 11 cüdoçu ilə təmsil olunacaq.
Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli və baş katib Rəşad Rəsullu millilərin təlim-məşq toplanışlarına baş çəkərək, onların hazırlıqları ilə maraqlanıblar, cüdoçulara yarışda müvəffəqiyyətlər arzu ediblər.
Xatırladaq ki, kişilərdən və qadınlardan ibarət yığmaların üzvləri Avropa çempionatına hazırlıq məqsədilə İspaniya, Slovakiya və Özbəkistanda, həmçinin ölkəmizdə dəfələrlə təlim-məşq toplanışlarına qatılıblar.
Avropa çempionatında cüdoçular Elnur Məmmədli başda olmaqla, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcək.
Qadınlar
48 kq Leyla Əliyeva
52 kq Gültac Məmmədəliyeva
Kişilər
60 kq Balabəy Ağayev Turan Bayramov
66 kq Yaşar Nəcəfov
73 kq Hidayət Heydərov Rəşid Məmmədəliyev
81 kq Zelim Tçkayev
90 kq Murad Fətiyev
100 kq Zelim Kotsoyev
+100 kq Uşanqi Kokauri