Azərbaycan cüdoçularından ilk gündə 1 qızıl və 1 gümüş medal

Azərbaycan cüdoçularından ilk gündə 1 qızıl və 1 gümüş medal

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən Açıq Avropa turnirinin ilk yarış günündə Azərbaycan cüdoçuları 1 qızıl və 1 gümüş medal qazanıb. 

Fanat.Az xəbər verir ki, 16 sentyabrda oğlanlar arasında -60 kq., -66 kq. -73 kq. çəki dərəcələrində 14 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

-66 kq. çəki dərəcəsində İslam Rəhimov final görüşündə Böyük Britaniya təmsilçisi Samue Hall ilə güclərini sınayıblar. Nəticədə İslam yarışın gümüş medalını əldə edib. 

-73 kq. çəkidə Nəriman Mirzəyev finalda isveçrəli idmançı Naim Mata qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər