Azərbaycan cüdoçuları ilk dəfə dünya kata çempionatında

Azərbaycan cüdoçuları ilk dəfə dünya kata çempionatında

Azərbaycan cüdoçuları ilk dəfə dünya kata çempionatında iştirak edəcəklər.

Fanat.Az Cüdo Federasiyasına istinadən xəbər verir ki, yarış oktyabrın 28-29-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək.

Azərbaycanı 35 ölkədən 300-ə yaxın idmançının qatılacağı yarışda 6 cüdoçu təmsil edəcək. Malik Allahverdiyev, İsmayıl Rzayev, Rafiq Nəcəfov (tori - hücum edən idmançı), Samir İsmayılov, İbrahim Aslanov, Əmrah Əhmədov (uke - hücum edilən idmançı) oktyabrın 28-də böyüklər arasında “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcəklər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər