Azərbaycan cüdoçuları Avropa Kubokunda mübarizə aparacaqlar

Azərbaycan cüdoçuları Avropa Kubokunda mübarizə aparacaqlar

Azərbaycanın üç cüdoçusu İspaniyanın Malaqa şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcək.

Fanat.Az xəbər verir ki, sözügedən yarışda ölkənin qadın idmançıları mübarizə aparacaqlar.

48 kq-da Ramilə Əliyeva, 57 kq-da Nərgiz Hacıyeva, 70 kq-da isə Südabə Ağayeva tatamiyə çıxacaq.

Qeyd edək ki, Avropa Kuboku oktyabrın 14-15-də reallaşacaq. Turnirə 35 ölkədən 378 idmançı qatılacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər