Azərbaycan çempionu Özbəkistanda altıncı oldu

Azərbaycan çempionu Özbəkistanda altıncı oldu

Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Özbəkistanın paytaxtı Daşkənddə keçirilən rapid üzrə "Əmir Teymur Kuboku"nda altıncı yeri tutub.

Fanat.Az verir ki, kişilər arasında son Azərbaycan çempionatının qalibi olan 18 yaşlı qrossmeyster İsveçrə sistemi üzrə doqquz turdan ibarət turnirdə 6,5 ​​xal toplayıb. Şahmatçımız yarışın qalibi adını qazanan qazaxıstanlı Aristanbek Urazayevdən cəmi 0,5 xal geri qalıb.

Digər təmsilçilərimizə gəlincə, Misrətdin İsgəndərov (5,5 xal) 14-cü, Vüqar Əsədli (5) isə 24-cü olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər