Voleybol üzrə Azərbaycan çempionatlarında 2023/2024 mövsümünün püşkü atılıb.
Fanat.Az xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev iştirak ediblər.
Püşkatma və çempionat oyunlarının keçirilmə qaydaları barədə məlumat verilib. Daha sonra isə püşk atılıb.
Qadınlar
"Milli Aviasiya Akademiyası" - "Gəncə" "Azərreyl" - UNEC "Murov Az Terminal" - "Abşeron"
Kişilər
"Azerreyl" - "Xarı Bülbül" (Laçın) MOİK - "Xarı Bülbül" (Şuşa) "Neftçi" - "Murov Az Terminal"