Azərbaycan çempionatının başlayacağı tarix açıqlandı

Azərbaycan çempionatının başlayacağı tarix açıqlandı

Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının 2023/2024 mövsümünün ilk oyunu noyabrın 16-da baş tutacaq.

Fanat.Az xəbər verir ki, həmin gün 1-ci turda “Neftçi” və “Murov Az Terminal” klubları üz-üzə gələcəklər.

Bu qarşılaşma saat 15:00-da başlayacaq. Saat 17:30-da isə “Azərreyl” və MOİK komandaları görüşəcəklər.

Hər iki matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər