Azərbaycan çempionatının açılış turunun oyunları təxirə salındı

Azərbaycan çempionatının açılış turunun oyunları təxirə salındı

Qadın voleybolçular arasında Azərbaycan çempionatında I turun oyunları təxirə salınıb.

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti məlumat yayıb.

Beləliklə, bu gün keçirilməsi nəzərdə tutulan UNEC - “Milli Aviasiya Akademiyası” və “Gəncə” - “Murov Az-Terminal” görüşləri başqa vaxtda gerçəkləşəcək.

Buna səbəb Azərbaycanda səfərdə olan Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanevlə bir sıra görüş və tədbirlərin keçirilməsinin nəzərdə tutulmasıdır.

Təxirə salınan matçların yeni tarixi hələ məlum deyil.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər