Azərbaycan çempionatında həlledici mərhələ başlayır

Azərbaycan çempionatında həlledici mərhələ başlayır

Naxçıvanda keçirilən kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında  bu gün yarımfinal görüşlərinə start veriləcək.

Fanat.Az xəbər verir ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət ilk mərhələnin yekunlarına əsasən ilk "dördlük"də qərarlaşan iti zəkalar - Vasif Durarbəyli, Misrətdin İsgəndərov, Aydın Süleymanlı və Məhəmməd Muradlı finala vəsiqə uğrunda mübarizə aparacaqlar. Reqlamentə əsasən, bir yarımfinal cütündə ilk yerin sahibi 4-cü pilləni tutan şahmatçı ilə, digərində isə 2-3-cü sırada yer alanlar üz-üzə gələcəklər. Beləliklə, Durarbəyli Muradlı ilə, İsgəndərov isə Süleymanlı ilə münasibətlərinə aydınlıq gətirəcək.

Yarımfinalın ilk görüşləri bu gün saat 14:00-da start götürəcək. Fevralın 16-sı saat 12:00-da isə cavab matçları baş tutacaq. İki klassik partiyadan sonra heç-heçə qeydə alınarsa, rəqiblər tay-breykdə qalibi müəyyən etməyə çalışacaqlar. Yenə bərabərlik halında, şahmatçılar "Armageddon"da  mübarizə aparacaqlar.

Qaliblər fevralın 17 və 18-də finalda, məğlub şahmatçılar 3-cü yer uğrunda üz-üzə gələcəklər.

Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu 22 min manatdır. Çempion 8 min manat qazanacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər