Azərbaycan çempionatı: Ən güclü "dördlük" müəyyənləşdi

Azərbaycan çempionatı: Ən güclü "dördlük" müəyyənləşdi

Naxçıvanda kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün çempionatın İsveçrə sistemi üzrə keçirilən ilk mərhələsinə yekun vurulub. Sonuncu - IX turda liderlərdən Vasif Durarbəyli Şiroğlan Talıbovu yenib. Misrətdin İsgəndərov Əhməd Əhmədzadə ilə "sülh"ə razılaşıb. Aydın Süleymanlı isə Məhəmməd Muradlı ilə dueldən məğlub ayrılıb.

Beləliklə, xalını 7-yə çatdıran V.Durarbəyli 24 şahmatçının qatıldığı ilk mərhələni lider kimi tamamlayıb. Onunla eyni xala sahib M.İsgəndərov 2-ci, 6 xal hasil edən A.Süleymanlı 3-cü olub. Yarımfinala son vəsiqəni isə 5,5 xalla M.Muradlı qazanıb.

Yarımfinal və final görüşləri 15-18 fevralda keçiriləcək. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər