Azərbaycan çempionatı: Durarbəyli və İsgəndərov finala yaxınlaşdı

Azərbaycan çempionatı: Durarbəyli və İsgəndərov finala yaxınlaşdı

Naxçıvanda keçirilən kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında bu gün yarımfinal görüşlərinə start verilib.

Fanat.Az xəbər verir ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət ilk mərhələnin yekunlarına əsasən birinci yeri tutan Vasif Durarbəyli 4-cü pillənin sahibi kimi həlledici mərhələyə yüksələn Məhəmməd Muradlı ilə münasibətləri aydınlaşdırıb. Görüş Durarbəylinin qələbəsi ilə yekunlaşıb. Digər yarımfinal cütündə isə Misrətdin İsgəndərov Aydın Süleymanlını yenib. 

Sabah - fevralın 16-sı saat 12:00-da tərəflər arasında cavab matçları baş tutacaq. İki klassik partiyadan sonra heç-heçə qeydə alınarsa, rəqiblər tay-breykdə qalibi müəyyən etməyə çalışacaqlar. Yenə bərabərlik halında, şahmatçılar "Armageddon"da  mübarizə aparacaqlar.

Qaliblər fevralın 17 və 18-də finalda, məğlub şahmatçılar 3-cü yer uğrunda üz-üzə gələcəklər.

Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu 22 min manatdır. Çempion 8 min manat qazanacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər