Azərbaycan çempionatı: Yarımfinalçılar bəlli oldu

Azərbaycan çempionatı: Yarımfinalçılar bəlli oldu

Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında 9-cu turun görüşləri başa çatıb.

Fanat.Az xəbər verir ki, 7 xal toplayan Vasif Durarbəyli, hərəyə 6 xalı olan Vüqar Əsədli, Məhəmməd Muradlı və Eltac Səfərli yarımfinala vəsiqə qazanıb.

Sabah başlayacaq yarımfinalda Vasif Durarbəyli Məhəmməd Muradlı ilə, Vüqar Əsədli isə Eltac Səfərliyə qarşı mübarizə aparacaq.

Ölkə çempionu yarımfinal və final görüşündən sonra məlum olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər