Kişi boksçular arasında Azərbaycan çempionatında ikinci günün döyüşləri keçirilib.
Fanat.Az xəbər verir ki, 41 komandanın qatıldığı yarışda 33 görüş baş tutub.
60 kq, 63,5 kq, 67 kq, 75 kq və 80 kq çəki dərəcələrində 1/4 finala yüksələn boksçular müəyyənləşib. Mərhələ adlayanlar sırasında yığmanın üzvləri Malik Həsənov, Tayfur Əliyev, Nəbi İsgəndərov da yer alıb. Həmçinin, 1 illik fasilədən sonra yenidən Azərbaycan çempionatında mübarizə aparan dünya çempionumuz Cavid Çələbiyev də ilk görüşünü qələbə ilə başa vurub.
Çempionatın 3-cü günündə isə 27 görüş olacaq. Döyüşlər Boks Mərkəzində keçirilir.
Qeyd edək ki, yarışın qalibləri dekabrın 8-də bəlli olacaq.
Azərbaycan çempionatı 1/8 final
60 kq Maqsud Xasmetov (“Neftçi” İK) – Sərxan Əhmədov (“Firuz” BK) – 5:0 Əli Əliyev (BFL) – İkram Şahpalayev (“Səbail” İK) – birinci tam üstünlüklə qalib gəlib İdris Hanifayev (Masallı) – Ceyhun Məmmədov (Qusar) – ikinci tam üstünlüklə qalib gəlib Fuad Tarverdi (“Qızıl əlcək” İK) – Aslan Quliyev (Z-1 İK) -birinci döyüşə gəlməyib Ramazan Abdullayev (Balakən) – Nicat Atakişiyev (“Roman” İK) – birinci qalib gəlib Elməddin Nurəddinov (“Zərbə” BK) – Elbrus Adıgözəlov (“Qəbələ” İK) – ikinci tam üstünlüklə qalib gəlib Fərid Sadıqov (“Neftçi” İK) – Eldəniz Baxşıyev (DİN İC) – 5:0 Ülvi Mirzəyev (UGM-13) – Nadir Malikov (METE) – 0:5
63,5 kq Malik Həsənov (“Neftçi” İK) – Murad Mirzəbəyov (BFL) – birinci tam üstünlüklə qalib gəlib Tural Qurbanov (MİK) – Fərid Qasımov (“Qızıl əlcək” İK) – ikinci tam üstünlüklə qalib gəlib Ruslan Bayramov (DİN İC) – Muxtar Umayev (Şabran) – 4:1 Ruslan Rüstəmov (BFL) – Kamran Mustafazadə (Naxçıvan MR) – birinci tam üstünlüklə qalib gəlib Heybətulla Hacıəliyev (BFL) – Elməddin Ağayev (Şirvan) – birinci tam üstünlüklə qalib gəlib Cəlal Qurbanov (MİK) – Cəlal Əhmədov (“Qara papaq” İK) – birinci tam üstünlüklə qalib gəlib Tayfur Əliyev (MİK) – Seymur Qurbanov (Xaşmaz) – ikinci döyüşə gəlməyib Kənan Kazımov (“Cənub” İK) – Tamerlan Əliyev (“Zabit” İK) – 5:0
67 kq Nəbi İsgəndərov (“Neftçi” İK) – Seyidağa Nağıyev (“Qara papaq” İK) – 5:0 Səid Abdullayev (“Neftçi” İK) – Tərlan Quluzadə (“Qızıl əlcək” İK) – 5:0 İlqar Salahov (Qəbələ) – İbrahim Hüseynov (METE) – birinci tam üstünlüklə qalib gəlib Xəlil Kazımov (Gəncə) – Nurlan Malikov (Sumqayıt) – 4:0 Cavid Çələbiyev (“Qızıl əlcək” İK) – Rəvan Hüseynzadə (Zaqatala) – birinci qalib gəlib Nicat Məmmədov (Sabirabad) – Sənan Mehdiyev (Abşeron) – ikinci tam üstünlüklə qalib gəlib Pərviz Quliyev (Ağcabədi) – Mehdi Həsənov (“Zenit” İK) – 5:0 Şəmsi Şahbazov (MİK) – Nazim Abazarlı (Naxçıvan MR) – birinci tam üstünlüklə qalib gəlib
75 kq Rasim Əliyev (“Qızıl əlcək” İK) – Nicat Qurbanov (Gəncə) – 3:2 Minad Seyidov (ASK) – Novruzəli Quliyev (MİK) – ikinci tam üstünlüklə qalib gəlib Ənvər Babayev (“Təhsil” RİM) – Ruslan Yusifov (Naxçıvan MR) – birinci tam üstünlüklə qalib gəlib Rasim Çobanlı (MİK) – Ümid Hüseynli (Z-1 İK) – birinci tam üstünlüklə qalib gəlib Elnur Süleymanov (“Neftçi” İK) – Kamran İbrahimov (MİK) – 5:0 İsmayıl Hüseynov (Cəlilabad) – Şamil Fərruxov (“Neftçi” İK) – 5:0 Fərhad Seyidov (MİK) – Tacı Tağızadə (BFL) – 5:0 Hacımurad Aşurov (“Qara Papaq” İK) – Kamran Şahsuvarlı (“Qəbələ” İK) – ikinci qalib gəlib
80 kq Cabbar İsmayılov (Sumqayıt) – Qoşqar Niyazizadə (“Qara papaq” İK) – ikinci döyüşə gəlməyib