Azərbaycan çempionatı: Fətəliyeva və Əsədli liderdir

Azərbaycan çempionatı: Fətəliyeva və Əsədli liderdir

Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatı start götürüb.

Fanat.Az xəbər verir ki, çempionluq uğrunda 22 kişi və 14 qadın iti zəka sahibi mübarizə aparır. 

İlk gündə dörd tur keçirilib. Kişilərdə Vüqar Əsədli (3,5 xal), qadınlarda isə Ülviyyə Fətəliyeva (3,5 xal) liderdir.

Qeyd edək ki, yarış dekabrın 25-31-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək rapid və blits üzrə dünya çempionatına seçim xarakteri daşıyır. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər