Azərbaycan çempionatı: 2-ci turun təqvimi bəlli oldu

Azərbaycan çempionatı: 2-ci turun təqvimi bəlli oldu

Qadın voleybolçular arasında Azərbaycan çempionatında 2-ci turun oyunlarının təqvimi bəlli olub.

Fanat.Az xəbər verir ki, matçlar noyabrın 25-də Bakı və Gəncədə keçiriləcəka.

Ev oyunlarını Gəncə Olimpiya İdman Konpleksində keçirən “Gəncə”nin bu dəfə qonağı “Azərreyl” olacaq. Görüş saat 18:00-da başlayacaq.

Həmin gün Bakıda Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində iki görüş baş tutacaq. Əvvəlcə saat 15:00-da “Murov Az Terminal” və “Milli Aviasiya Akademiyası” komandaları meydançaya çıxacaqlar. Saat 18:00-da isə “Abşeron”la UNEC üz-üzə gələcəklər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər