Azərbaycan atıcısı dünya çempionu oldu

Azərbaycan atıcısı dünya çempionu oldu

Azərbaycan atıcısı Xanna Əliyeva Koreyanın Çanqon şəhərində keçirilən gənclər arasında dünya çempionatının qalibi olub.

Fanat.Az xəbər verir ki, idmançı 50 m məsafəyə tapançadan atəş açmada bütün rəqiblərini qabaqlayıb.

Əliyeva 520 xal toplayaraq qızıl medal qazanıb.

Eyni növdə çıxış edən Leyla Əliyeva isə bürünc medal əldə edib. O, 510 xal toplaya bilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər