Azarkeşləri söyən futbolçu "Olimpiakos"dan qovuldu

Azarkeşləri söyən futbolçu "Olimpiakos"dan qovuldu

Yunanıstanda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan yerli azarkeşləri təhqir edən "Olimpiakos"un futbolçusu Pape Abu Sisse cəzalanıb.

Fanat.Az "dakaractu.com" saytına istinadən xəbər verir ki, seneqallı müdafiəçi baş məşqçi Miçel Qonsalesin qərarı ilə əsas komandadan kənarlaşdırılıb.

27 yaşlı oyunçu etdiyi hərəkətə görə şəxsi "Instagram" səhifəsində üzrxahlıq mesajı paylaşsa da, bu, ispaniyalı mütəxəssisin qərarını dəyişməyib.

Qeyd edək ki, "Qarabağ" və "Olimpiakos" arasında növbəti oyun oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər