Azarkeşlər "Real Madrid"in avtobusuna hücum etdilər

Azarkeşlər "Real Madrid"in avtobusuna hücum etdilər

İspaniya Kubokunun 1/4 finalında "Atletik"in qonaqğı olacaq "Real Madrid" xoşagəlməz hadisə ilə üzləşib.

Fanat.Az xəbər verir ki, yerli azarkeşlər "ağlar"ı daşıyan avtobusa hücum ediblər. 

Matçın oynanılacağı "San Mames" stadionunun qarşısında toplaşan fanatlar əllərindəki şüşələri eyni anda nəqliyyat vasitəsinə atmağa başlayıblar.

Avtobusa maddi ziyan dəysə də, futbolçular və məşqçilər arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, bu gecə keçiriləcək "Atletik" - "Real Madrid" görüşü Bakı vaxtı ilə 00:30-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər