Azarkeşlər "Korintians"ın futbolçusunu bu səbəbdən döydülər

Azarkeşlər "Korintians"ın futbolçusunu bu səbəbdən döydülər

"Korintians"ın yarımmüdafiəçisi Luan azarkeşlər tərəfindən döyülüb.

Fanat.Az Braziliya mətbuatına istinadən xəbər verir ki, hadisə San-Pauluda qeydə alınıb.

Yayılan məlumatlara görə, bir qrup azarkeş Luana hücum çəkib və ondan "Korintians"la müqaviləsini vaxtından əvvəl ləğv edərək komandadan getməsini tələb ediblər. Tərəfdarlar orta xətt oyunçusunu yalandan zədələndiyini əsas gətirərək vacib oyuna çıxmamaqda və həmin gün moteldə əylənməkdə suçlayıblar.

Hadisə barədə klub özü də bəyanat yayıb. Braziliya təmsilçisi oyunçunu dəstəkləyərək üzücü faktın səbəbkarlarını qınayıb.

Xatırladaq ki, Luan 2016-cı ildə Braziliya millisinin heyətində Olimpiya çempionu olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər