Azarkeşlər futbolçunun qol vurması üçün qurban kəsdi

Azarkeşlər futbolçunun qol vurması üçün qurban kəsdi
Türkiyənin "Konyaspor" klubunun azarkeşləri maraqlı addım atıb.
Fanat.Az xəbər verir ki, fanatlar Adis Yahoviçin qol vurması üçün qurban kəsiblər.
Ötən mövsüm "Göztəpə" və "Konyaspor"un heyətində Super Liqada 19 qol vuran makedoniyalı futbolçu cari mövsüm keçirdiyi 12 çempionat matçında cəmi 3 dəfə fərqlənə bilib. Bu vəziyyətdən narazı olan azarkeşlər onun "ayağını açmaq" üçün qurban kəsiblər.
Bu addımının təşəbbüskarı olan Mesut Erçetin adlı azarkeş "Adis çox yaxşı hücumçudu, amma şanssız bir dövr keçirir. Biz də onun adına qurban kəsdik. "Kasımpaşa" matçında uğursuzluğa son qoymasını gözləyirik" deyib.
Yahoviç də "Instagram" hesabından "Konyaspor" azarkeşlərinə təşəkkür edib.
Qeyd edək ki, "Konyaspor" - "Kasımpaşa" matçı bu gün keçiriləcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər