Azarkeşlər "Barselona" rəhbərliyinə qarşı mitinqə hazırlaşır - SƏBƏB

Azarkeşlər "Barselona" rəhbərliyinə qarşı mitinqə hazırlaşır - SƏBƏB

"Barselona" fanatları Avropa Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında - "Ayntraxt"la "Kamp Nou"dakı oyunda alman azarkeşlərin çox olmasından narazı qalıb.

Fanat.Az "Catalunya Radio"ya istinadən xəbər verir ki, bir qrup tərəfdar klub rəhbərliyinə qarşı mitinq keçirmək niyyətindədir.

Etirazçılar İspaniya çempionatının 32-ci turu çərçivəsində baş tutacaq "Kadis"lə görüşdən öncə toplaşacaqlar.

Qeyd edək ki, səfərdə "Ayntraxt"la heç-heçə edən (1:1) "Barselona" evdə 2:3 hesabı ilə yenilərək turnirlə vidalaşıb. İspaniyadakı qarşılaşmaya 30 mindən çox almaniyalı tərəfdar tribunadan baxıb ki, bu da yerliləri qıcıqlandırıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər