AZAL bu dəfə "Sumqayıt"dan üstün oldu

AZAL bu dəfə "Sumqayıt"dan üstün oldu

Premyer Liqanın hazırlıqlarını davam etdirən AZAL-la "Sumqayıt" daha bir yoхlama oyunu keçirib. Fanat.az хəbər verir ki, komandalar bu dəfə "AZAL Arena"da qarşılaşıb.

İki gün əvvəl Sumqayıtda üz-üzə gələn və 0:0 hesablı heç-heçəyə razılaşan komandaların oyununda bu dəfə bir qol vurulub. AZAL rəqibini 1:0 hesabı ilə yenib. Paytaxt təmsilçisinin yeganə qolunu Təmkin Xəlilzadə vurub.

Qeyd edək ki, komandalar bu mövsüm Premyer Liqada iki dəfə qarşılaşıb hər iki oyunda AZAL qələbə qazanıb - 1:0, 3:2.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər