AZAL yeni mövsümün hazırlıqlarına iyunun 15-də start verəcək. Fanat.az хəbər verir ki, komanda üzvləri əvvəlcə tibbi müayinədən keçəcək.
Məşqlər ayın 20-də başlayacaq. Hazırlığın ilk mərhələsi Bakıda baş tutacaq. Daha sonra AZAL Quba və ya Qusarda hazırlıq keçəcək. Son mərhələ isə Türkiyədə olacaq. AZAL böyük ehtimalla yenə Boluya üz tutacaq.
Fanat.az