Aykut Kocaman yenidən "Fənərbağça"da?

Aykut Kocaman yenidən "Fənərbağça"da?

Türkiyənin "Fənərbağça" klubu baş məşqçi postu üçün təcrübəli mütəxəssislə razılıq əldə edib.

Fanat.Az jurnalist Yağız Sabuncuoğluya istinadən xəbər verir ki, İstanbul təmsilçisi Aykut Kocaman ilə hər mövzuda tam razılığa gəlib.

61 yaşlı mütəxəssis bununla da karyerası ərzində üçüncü dəfə "sarı-lacivərtlər"in sükanı arxasına keçməyə hazırlaşır.

Daha əvvəl 2010-2013 və 2017-2018-ci illərdə komandanı çalışdıran təcrübəli baş məşqçi, son olaraq 2021-ci ildə "Başakşəhər" klubunda fəaliyyət göstərmişdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər