Ayın ən yaxşı futbolçusu ukraynalı oldu

Ayın ən yaxşı futbolçusu ukraynalı oldu

İspaniya La Liqasında ötən ilin dekabr ayının ən yaxşı oyunçusu bəlli olub.

Fanat.Az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, "Jirona"nın ukraynalı forvardı Artyom Dovbik bütün rəqiblərini qabaqlayıb. 

26 yaşlı Dovbik dekabrda meydana çıxdığı 4 çempionat matçında 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Jirona" Artyomu mövsümün əvvəlində "Dnepr-1"dən transfer edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər