Avstriyanın oyunu azərbaycanlı FİFA referisinə tapşırıldı

Avstriyanın oyunu azərbaycanlı FİFA referisinə tapşırıldı

Azərbaycanın FIFA referisi Elçin Məsiyev təyinat alıb.

Fanat.Az xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Bosniya və Herseqovina – Avstriya qarşılaşmasının baş hakimi olacaq.

Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

Sentyabrın 6-da Sarayevo şəhərində yerləşən “Grbavica” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər