Avropa Oyunları: Azərbaycan neçəncidir?

Avropa Oyunları: Azərbaycan neçəncidir?

Polşada keçirilən III Avropa Oyunlarının dördüncü günündən sonra Azərbaycanın qazandığı medalların sayı 5-ə yüksəlib.

Fanat.Az xəbər verir ki, mükafatlardan 2-si qızıl, 1-i gümüş, 2-si isə bürünc əyarlıdır.

Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında mövqeyini qoruyub - 10-cu yer.

İlk 3 sırada, müvafiq olaraq, İspaniya (9 qızıl, 5 gümüş, 4 bürünc), İtaliya (8 qızıl, 8 gümüş, 9 bürünc) və Polşa (6 qızıl, 2 gümüş, 4 bürünc) qərarlaşıb.

İndiyədək ümumilikdə 34 ölkə medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması medallarını 2 növdə – karate (2 qızıl, 1 bürünc) və taekvondoda (1 gümüş, 1 bürünc) əldə edib. Avropa Oyunları iyulun 2-dək davam edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər