"Tottenhem"in mərkəz müdafiəçisi Erik Dayer karyerasını Avropa nəhəngində davam etdirə bilər.
Fanat.Az "Football Insider"ə istinadən xəbər verir ki, Hotspur təmsilçisi ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq Dayerin xidmətində "Bayern Münhen" maraqlıdır.
Xəbərə görə, Münhen klubu artıq 29 yaşlı futbolçu ilə şəxsi müqavilənin detallarını razılaşdırıb.
Qeyd edək ki, Dayer cari mövsüm İngiltərə Premyer Liqasında cəmi 4 matça çıxıb.