Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində təmsiçimiz “İnter” “Tromse”nin qonağı olacaq. Qarşılaşma isə Tromse şəhərinin “Alfheym” stadionunda baş tutacaq. Bu komandalar arasındakı cavab görüşü iyulun 25-də Bakıda keçiriləcək.
Avropa Liqası
II təsnifat mərhələsi (ilk oyunlar)
18 iyul
22:00. “Tromse” (Norveç) – “İnter” (AZƏRBAYCAN)
Baş hakim: Yuri Mojarovski (Ukrayna)
İdman24.az