Avropa Liqası: "Qalatasaray" və "Fənərbağça" qrupda

Avropa Liqası: "Qalatasaray" və "Fənərbağça" qrupda

Bu gün futbol üzrə Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub. 

Fanat.Az xəbər verir ki, beləliklə, qrup mərhələsinə vəsiqə qazanan daha 10 komandanın adına aydınlıq gəlib.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Legiya” Praqa “Slaviya”sını qəbul edib. Çexiyadakı ilk matçda 2:2 hesablı bərabərliyə razılaşan Polşa komandası öz meydanında Mahirin dublu sayəsində 2:1 hesablı qələbə qazanıb və istəyinə çatıb.

“Fənərbağça” Finlandiyada HİK (Helsinki), “Qalatasaray” isə İstanbulda Danimarka “Randers”ini məğlubiyyətə uğradaraq qrupa yüksəlib.

Avropa Liqası Pley-offun cavab oyunları 26 avqust

Alaşkert (Ermənistan) – Reyncers (Şotlandiya) 0:0 İlk oyun – 0:1

HİK (Finlandiya) – Fənərbağça (Türkiyə) 2:5 İlk oyun – 0:1

Zarya (Ukrayna) – Rapid (Vyana, Avstriya) 2:3 İlk oyun – 0:3

Qalatasaray (Türkiyə) – Randers (Danimarka) 2:1 İlk oyun – 1:1

Alkmaar (Niderland) – Seltik (Şotlandiya) 2:1 İlk oyun – 0:2

ÇFR Kluj (Rumıniya) – Srvena Zvezda (Serbiya) 1:2 İlk oyun – 0:4

Slovan (Bratislava, Slovakiya) – Olimpiakos (Yunanıstan) 2:2 İlk oyun – 0:3

Legiya (Polşa) – Slaviya (Praqa, Çexiya) 2:1 İlk oyun – 2:2

Antverpen (Belçika) – Omoniya (Kipr) 2:0 (penaltilər 3:2) İlk oyun – 2:4

Şturm Qrats (Avstriya) – Mura (Sloveniya) 2:0 İlk oyun – 3:1

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər