Avropa Liqası: "Fənərbağça" pley-offda - YENİLƏNİB

Avropa Liqası: "Fənərbağça" pley-offda - YENİLƏNİB

UEFA Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub. 

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 6 görüş keçirilib.

Qeyd edək ki, cavab görüşlərinə iki gün əvvəl bir oyunla start verilib. İrlandiyanın "Şemrok Rovers" klubu Şimali Makedoniyada "Şkupi"yə 2:1 hesabı ilə qalib gələrək, adını pley-offa yazdırıb. Qonaqlar ilk matçda da qələbə qazanmışdı - 3:1.

AL-in pley-off mərhələsinin oyunları avqustun 18-i və 25-də baş tutacaq.

UEFA Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunları

11 avqust

HİK (Helsinki, Finlandiya) - "Maribor" (Sloveniya) 1:0 İlk oyun - 2:0

"Slovaçko" (Çexiya) - "Fənərbağça" (Türkiyə) 1:1 İlk oyun - 0:3

"Sürix" (İsveçrə) - "Linfild" (Şimali İrlandiya) 3:0 İlk oyun - 2:0

"Düdelanj" (Lüksemburq) - "Malmö" (İsveç) 2:2 İlk oyun - 0:3

"Slovan" (Bratislava, Slovakiya) - "Olimpiakos" (Yunanıstan) 1:1, penalti seriyası - 3:4 İlk oyun - 1:1

"Partizan" (Serbiya) - AEK (Larnaka, Kipr) 2:2 İlk oyun - 1:2

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər