Avropa Liqası: "Fənərbağça" darmadağına sevindi - YENİLƏNİB

Avropa Liqası: "Fənərbağça" darmadağına sevindi - YENİLƏNİB

Bu gün UEFA Avropa Liqasında 2022/2023 mövsümü start götürüb. 

Fanat.Az xəbər verir ki, turnirin III təsnifat mərhələsində 14 komandanın iştirakı ilə 7 görüş baş tutub.

Gecənin maraqla gözlənilən matçlarından biri Türkiyədə reallaşıb. "Fənərbağça" evdə Çexiyanın "Slovaçko" komandasını sınağa çəkib və rəqibini 3 cavabsız qolla əliboş yola salıb.

"Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) cütünün məğlubunun Avropa Liqasındakı potensial rəqibləri olan İrlandiyanın "Şemrok Rovers" və Şimali Makedoniyanın "Şkupi" klubları Dublində üz-üzə gəliblər. Meydan sahibləri oyundan qalib ayrılıb

Qeyd edək ki, bu mərhələnin cavab görüşləri avqustun 11-də keçiriləcək.

UEFA Avropa Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

4 avqust

AEK (Larnaka, Kipr) - "Partizan" (Serbiya) 2:1

"Malmö" (İsveç) - "Düdelanj" (Lüksemburq) 3:0

"Fənərbağça" (Türkiyə) - "Slovaçko" (Çexiya) 3:0

"Maribor" (Sloveniya) - HİK (Helsinki, Finlandiya) 0:2

"Linfild" (Şimali İrlandiya) - "Sürix" (İsveçrə) 0:2

"Şemrok Rovers" (İrlandiya) - "Şkupi" (Şimali Makedoniya) 3:1

"Olimpiakos" (Yunanıstan) - "Slovan" (Bratislava, Slovakiya) 1:1

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər