Avroliqa: “Roma” və “Sevilya” finalda

Avroliqa: “Roma” və “Sevilya” finalda

Bu gün Avropa Liqasının yarımfinal mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutub.

“Roma” doğma meydanda məğlub etdiyi “Bayer”lə bu dəfə səfərdə üz-üzə gəlib. Cavab qarşılaşması qolsuz yekunlaşdığından "canavarlar" finala yüksəliblər.

İtaliyanın digər təmsilçisi “Yuventus” da İspaniyanın “Sevilya” komandasının qonağı olub. Bu komandaların ilk oyununda qalib müəyyənləşməmişdi. Cavab görüşünün də əsas vaxtı eyni hesabla yekunlaşıb. Lakin əlavə vaxtda daha bir qol vuran "Sevilya" ikinci finalçı olub.

Final oyunu mayın 31-də, Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.

Avropa Liqası Yarımfinalın cavab oyunları 18 may

Bayer (Almaniya) - Roma (İtaliya) 0:0 İlk oyun - 0:1

Sevilya (İspaniya) - Yuventus (İtaliya) 2:1 Qol: Suso, 71. Lamela, 95 – Vlahoviç, 65. İlk oyun - 1:1

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər